Mercedes-Benz

Mercedes-Benz — 1926-cı ildə Almaniyada əsası qoyulan avtomobil şirkəti.

Təsisçilər: Karl Benz,Qotlib Daymler,Vilhelm Maybax

1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir. Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır. 1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur.

. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi. Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hesab edilən müstəqil asma sistemi texnologiyasını təklif edən ilk avtomobil kimi fərqlənə bilmişdir. İyirminci əsrin 30 və 40-cı illərdə konveyerdən düşmüş, 380 və 540K kreyser modellər kimi Mercedes istehsalı olan avtomobillər isə dəbdəbənin ali dərəcəsinin axtarışında olan alıcıların yeganə seçiminə çevrilmişdi.

Leave a Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Call Now Button